Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar - FOTO
Paralimpiyaçılarımız Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurub. SİA Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan millisi 7 idman növündə 17 idmançı ilə təmsil olunduğu oyunlarda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.
Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11) qızıl, Orxan Cəfərov (parataekvondo, K44, 80 kq), Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) gümüş, Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) isə bürünc medallara yiyələnib.
Qeyd edək ki, turnirdə 33 ölkədən 700-ə yaxın idmançı mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə