Azərbaycan millisinin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib. SİA-nın AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.
Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Hər iki matç saat 21:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə