"Mançester Yunayted" - "Vest Hem" matçında rekord qırılıb

Bu gün Bakı vaxtı ilə 03:00-da ingilis klubları "Mançester Yunayted" və "Vest Hem" arasında keçirilən futbol matçında 2025-ci ilin tamaşaçı sayı üzrə rekord qırılıb. SİA "Sky Sports"a istinadən xəbər verir ki, İst-Raterfordda (Nyu-Yorkun yaxınlığında - red.) keçirilən dostluq matçı 82 566 tamaşaçı toplayıb. Bu göstərici hətta 81 118 nəfərin iştirak etdiyi PSJ və "Çelsi" arasında keçirilən Klublararası dünya çempionatının finalını belə üstələyib.

Matça marağın artmasının səbəblərindən biri biletlərin daha əlçatan olmasıdır: qiymətlər 77 dollardan başlayıb.

Xatırladaq ki, Klublararası dünya çempionatının finalına stadiondan baxmaq istəyənlər isə minimum 200 dollar ödəməli idi.

Sözügedən görüş "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatı. Bruno Fernandeşin dubluna Carred Bouen 1 qolla cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə