Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına yekun vurulub.
SIA xəbər verir ki, Azərbaycan komandası tələbə oyunlarını dörd medalla başa vurub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib. Digər medalı isə Universiadada ikinci yeri tutan cüdoçu Elcan Hacıyev qazanıb.
Beləliklə, Azərbaycan iki qızıl və iki gümüş medalla Universiadanı ölkələrin ümumi sıralamasında 24-cü pillədə tamamlayıb.
Qeyd edək ki, ilk üç pilləni, müvafiq olaraq, Yaponiya (34 medal), Çin (30) və ABŞ (28) tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə