Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində bu gün 1/4 final oyununa çıxacaq. SİA xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda bu raundda Çinlə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə