"Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqaasının 2-ci təsnifat mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb. SİA Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda 11 min bilet öz sahibini tapıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri, “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

“Qarabağ” – “Şelburn” matçı iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə