"Barselona"nın yarımmüdafiəçisi "Braqa"da

"Barselona"nın yarımmüdafiəçisi Pau Viktor "Braqa"ya keçib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat paylaşıb.

Bildirilir ki, 23 yaşlı ispaniyalı ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb. Transferin məbləği 12 milyon avro olub.

Qeyd edək ki, Pau Viktor "Jirona"nın yetirməsidir. O, 2023-cü ilin yayında "Barselona"ya keçib. Yarımmüdafiəçi Kataloniya klubunun əsas heyətində 29 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə