Azərbaycanı Yunanıstanda keçiriləcək dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycanı Yunanıstanın paytaxtı Afinada keçiriləcək U-17 dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib. Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışa yunan-Roma güləşçiləri start verəcəklər. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 kq), Əli Nəzərov (60 kq), Hüseyn İsgəndərov (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) uğur qazanmağa çalışacaqlar.
Daha sonra böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında Nəzrin Əhmədli (46 kq), Fatimə Bayramova (53 kq) və Esra Məmmədli (57 kq) xalça üzərinə çıxacaqlar.
Yarışın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Sadiq İsmayılov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov (65 kq), Rəşad Veysəlov (71 kq), Nihad Süleymanlı (80 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcəklər.
Turnirdə I dərəcəli hakimlərimizdən Elman İsmayılov və Natiq Hacıyev ədaləti qoruyacaq.
Qeyd edək ki, mundial iyulun 28-dən avqustun 3-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə