Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib. SİA xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.
Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə