Konfrans Liqası: “Araz-Naxçıvan” qələbə qazanıb

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” II təsnifat mərhələsində ilk oyununa çıxıb.

SİA xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstanın “Aris” kollektivini qəbul edib.

“Liv Bona Dea Arena”da keçirilən görüş Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren açıb. Lakin “Araz-Naxçıvan” 75-ci dəqiqədə Felipe Santos və 78-ci dəqiqədə Patrik Andradenın qolları ilə meydandan qalibiyyətlə ayrılıb.

Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə