Konfrans Liqası: "Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Zirə" - "Hayduk" (Xorvatiya) oyunu başa çatıb.

SİA xəbər verir ki, "Neftçi Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 31-ci dəqiqədə Brahim Konate açıb. Rəqibdə isə 68-ci dəqiqədə Entoni Kalik fərqlənib.

"Zirə"nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Zədə alan Brahim Konate yerini Ceyhun Nuriyevə buraxıb.

Matçı yunanıstanlı hakim Xristos Vergetis idarə edib.

Komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə