Azərbaycan yığması Monteneqro ilə oyunda qələbəni əldən verib

Azərbaycan yığması Monteneqro ilə oyunda qələbəni əldən verib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.

SİA xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Monteneqro seçməsinin qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin qolunu 54-cü dəqiqədə Manə Mollayeva vurub. Meydan sahibləri isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qaça biliblər. Bu nəticədən sonra xallarını 5-ə çatdıran komandalar müvafiq olaraq 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, yığmamız qrupda son matçını mayın 30-da Bakıda Litvaya qarşı keçirəcək. Monteneqro isə Litva ilə səfərdə qarşılaşacaq. Qrup qalibinin adına məhz son turda aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə