…Kataloniyanın Espanyol və Madridin Atletiko komandalarının qarşılaşdığı İspaniya çempionatının 29-cu turunun oyunu başa çatıb. Oyun İspaniyanın Barselona şəhərindəki Stage Front stadionunda baş tutub. Matçın baş hakimi Xavyer Alberola Roxas olub.
Oyun heç-heçə başa çatıb - 1:1.
Matçda hesabı 38-ci dəqiqədə “matrasçılar”ın müdafiəçisi Sezar Azpilikueta açıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Xavyer Puadonun penaltidən dəqiq zərbəsi ilə "Espanyol" hesabda bərabərliyi bərpa edib.
"Atletiko Madrid" 57 xalla La Liqa turnir cədvəlində üçüncüdür. “Real”dan üç xal, “Barselona”dan altı xal geri qalır. Espanyol isə öz növbəsində 29-cu xalı qazanaraq 15-ci yerdədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə