Belçika milli komandasından möhtəşəm geri dönüşlə qələbə qazandı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komanda UEFA Millətlər Liqasının A Liqasında qalmağı bacarıblar. UEFA Millətlər Liqasının A/B Pley-Off raundunda Belçika ilk oyunda Ukrayna millisinə 3:1 hesabı ilə məğlub oluşdu. Lakin cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək A Liqasına vəziyyətini qoruyub saxlaya bilib. Belçikanın qollarını 70-ci dəqiqədə Maksim De Kuyper, 75 və 86-cı dəqiqələrdə isə Romelu Lukaku vurub. İki oyunun nəticəsinə görə Belçika ümumilikdə 4-3 hesabı ilə Ukraynanı üstələyərək UEFA Millətlər A Liqasındakı yerini qoruyub saxlaya bilib.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə