"Bavariya”nın və Almaniya millisinin futbolçusu Alara Şehitler futbol formasının arxasındakı soyadını əks etdirən yazını dəyişmək qərarına gəlib. SİA xəbər verir ki, Əvvəllər onun kürəyinə Şehitlər adı yazılıb. Lakin futbolçu kürəyindəki yazının adının – Alara ilə əvəzlənməsi üçün UEFA-ya müraciət edib. Buna səbəb bir çox pərəstişkarının onun soyadını Adolf Hitler ilə əlaqələndirməsidir. Buna görə də Alara sosial şəbəkələrdə pərəstişkarları tərəfindən daim lağ olunur. Qeyd edək ki, Alara bununla qadın milli komandaları tarixində arxasına yalnız adı yazılmış köynək geyinən ilk futbolçu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə