“Hazırlığımız bir neçə gündür ki, başlayıb”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında futzalçılardan ibarət Azərbaycan millisinin üzvü Emin Kürdov deyib.
O, AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri oyunla bağlı danışıb.
Kürdov bildirib ki, Yunanıstanla keçirdəcəkləri oyunda iştirak edəcək matçda dəyişikliklər olub: “Belə ki, Rövşən Hüseynli və Seymur Məmmədov zədə səbəbindən səfərdəki matçda iştirak edə bilməyəcəklər. Məşqlərimiz son iki gün gündə iki dəfə olmaqla davam edir. Komandadakı abu-hava yaxşıdır. Hər şey stabildir. Yunanıstanla bu oyunda yalnız qələbə düşünürük. Çünki başqa yolumuz yoxdur. Səfərdəki matç çətin olacaq. Rəqib tam heyəti ilə öz meydanında və azarkeşlərinin gözü önündə oyuna çıxacaq. Biz yenə də buna baxmayaraq səfərə qələbə üçün gedirik”.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə