Bu gün daha iki qarşılaşma baş tutacaq

Bu gün daha iki qarşılaşma baş tutacaq

Azərbaycan Premyer Liqasının XX turunda bu gün iki qarşılaşma baş tutacaq. SİA xəbər verir ki, əvvəlcə "Səbail" evdə "Kəpəz"lə üz-üzə gələcək.

"ASCO Arena"da keçirləcək görüşü Əliyar Ağayev idarə edəcək. Gəncə klubu hazırda turnir cədvəlində 14 xalla doqquzuncu yerdədir. Paytaxt təmsilçisi isə 12 xalla sonuncu - 10-cudur.

Günün son görüşü "Bank Respublika Arena"da baş tutacaq. "Sabah" evdə "Sumqayıt"ı qəbul edəcək. Saat 18:30-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. "Sabah" komandası 27 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. "Sumqayıt" isə 20 xalla 6-cı yerdədir.

Misli Premyer Liqası

III dövrə, XX tur

25 yanvar

16:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.

VAR: Tural Qurbanov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Rəhim Həsənov.

"ASCO Arena"

18:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Orxan Məmmədov.

"Bank Respublika Arena"

Qeyd edək ki, XX turun ötən gün Şamaxıda baş tutan "Şamaxı" - "Zirə" matçında qonaqlar 2:1 hesablı qələbə qazanıb. Tura sabah "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə