Azərbaycan Güləş Federasiyasının (AGF) regional güləş koordinatorları ilə görüş keçirilib.
Bu barədə SİA-ya AGF-dən məlumat verilib. Bildirilib ki, Azərbaycanın coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq, 14 regional nümayəndəlik formalaşdırılıb.
Görüş çərçivəsində nümayəndəliklər üzrə koordinatorların vəzifə öhdəlikləri, fəaliyyət planları, regionlarda güləşin inkişaf strategiyası və mövcud çətinliklər müzakirə olunub. Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dəyərləndirilib.
İki gün davam edən proqram çərçivəsində iştirakçılar AGF-nin strukturu və strategiyası, regional inkişaf strategiyası, vahid təqvim planı, yarışların təşkili və onlayn məlumat bazası ilə bağlı təqdimatlarla tanış olublar.
Görüşün ilk günündə AGF-nin strukturu və strategiyası barədə ətraflı məlumat verilib, regional inkişaf strategiyası təqdim olunub. Daha sonra regionların inkişaf istiqamətləri üzrə qrup işi aparılıb və fəaliyyət planları müzakirə edilib. Bu çərçivədə regional səviyyədə prioritetlərin müəyyənləşdirilməsinə və qarşıdakı dövr üçün görüləcək işlərin planlaşdırılmasına diqqət yetirilib.
Proqramın ikinci günündə vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazasının fəaliyyəti, eləcə də sənəd və şablonlardan istifadə qaydaları barədə təqdimatlar keçirilib. Həmçinin regional koordinatorların fəaliyyətinin planlaşdırılması və hesabatlılıq mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB