“Heç bir ehtiyac duymadılar” - Şahin Diniyev

“Qış fasiləsi dönəmində böyük transferlər olmadı”. Bunu SİA-ya Azərbaycan millisinin sabiq futbolçusu Şahin Diniyev deyib.

O, bu gün start götürəcək Azərbaycan Premyer Liqasının ikinci yarısı barədə danışıb.

Mütəxəssis bildirib ki, bu hal onun üçün gözlənilən olub: “Ümumilikdə bu dönəmdə transfer etmək çox çətin olur. Oynamayan və ya müqaviləsi olmayan futbolçularla müqavilə bağlamaq mümkündür. Bu bir çox hallarda komanda heyətini dəyişməyə yetmir. Ona görədə transfer bazarında hazırda yaxşı bir hal yaşanmadı. Bir çox komandalar artıq transferlərini may ayından etdikləri üçün heç ehtiyacda duymadılar. Bəzi komandalar isə güclənmək buna əl atdılar. Buna “Kəpəz” və ya “Səbail”i misal göstərmək olar. Daha yuxarıda olandan komandalar isə uyğun bir oyunçu tapa bilmirlər”.

Diniyev həmçinin XIX turun ilk matçı olan “Qarabağ” - “Şamaxı” oyununu da dəyərləndirib: “Bu günkü oyunda təbii ki, “Qarabağ” favoritdir. Ancaq “Şamaxı” da sonadək vuruşan bir komandadır. Meydançada mübarizə aparacaqlarına əminəm. Həmçinin fasilədən sonra olduğu üçün komandaların hansı formada olduğunu bilə bilmərik. Ancaq “Şamaxı”da asanlıqla məğlub olmayacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 19:00-da start götürəcək.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə