Alman futbolçu yatağında ölü tapılıb

"SVV Reutlingen" komandasında çıxış edən 22 yaşlı futbolçu Luka Meyxner yatağında ölü tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Oberliqa Baden"-"Vürtemberq" liqasının komandalarından olan "SSV Reutlingen"də çıxış edən 22 yaşlı alman futbolçu Luka Meyxner evində ölü tapılıb.

Dekabrın 7-də komandası ilə son matçına çıxan futbolçunun yatağında ölü tapıldığı açıqlanıb. Meyxnerin ölüm səbəbi hələ də bəlli deyil və hadisə ilə bağlı araşdırma başlanıb. Meyxnerin komandası ilə 2025-ci il mövsümünün sonuna qədər müqaviləsinin olduğu öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə