"Mən Rusiyanı və rus xalqını sevən gürcüyəm..."

Voronej “Fakel”inin gürcüstanlı yarımmüdafiəçisi İrakli Kvekveskiri Rusiyaya münasibəti ilə bağlı sualı cavablandırıb.

SİA-nın məlumatına görə, onun sözlərini Sports.ru sitat gətirir.

Futbolçu qanına görə gürcü olduğunu, ancaq Rusiyanın ona təhsil, iş, dostlar və ailə qazandırdığını deyib.

...İndi nəyisə inkar etmək dəbdədir. Bunu necə edə bilərəm? Mən Rusiyanı və rus xalqını sevən gürcüyəm.

Bunu deyən Kvekveskiri 2017-ci ildən Rusiya klublarında çıxış edir.

O, “Fakel”, “Moskva Ararat” və “SKA-Xabarovsk”dakı oyunları ilə tanınır.

...Və bir müddət əvvəl İtaliyanın “Napoli” klubunun və futbol üzrə Gürcüstan milli komandasının yarımmüdafiəçisi Xviça Kvaratsxeliya vətənində baş verən etirazlarla bağlı danışıb. İdmançı Avropa Birliyinə qoşulmağı dəstəkləyənləri dəstəkləyib, zorakılıq və təcavüzə son qoymağa çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə