“İdman paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının təntənəli açılış mərasimi keçirilib. SİA xəbər verir ki, festivalda 23 idman növü üzrə 100 idmançı (13-15 yaşlı), 34 məşqçi iştirak edir. İdman tədbirinə Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.
Qubadakı Nizami Gəncəvi adına parkda keçirilən açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb, festival iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra iştirakçılara konsert proqramı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə