“Roma”nın yeni baş məşqçisi bəlli olub

İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi bəlli olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, paytaxt təmsilçisini Klaudio Ranyeri çalışdıracaq. İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.

Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.

Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə