"Liverpul"un futbolçusu finalda oynamayacaq

"Liverpul"un futbolçusu finalda oynamayacaq

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold qeyri-müəyyən müddətə sıradan çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, futbolçu fevralın 4-də İngiltərə Kuboku matçında məşq zamanı dizindən aldığı zədəni ağırlaşdırıb.

O, 25 fevralda "Uembli"də "Çelsi" ilə Liqa Kubokunun finalını buraxacaq.

Bu mövsüm Aleksander-Arnold 25 oyuna çıxıb, 2 qol vurub və 9 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə