Rusiya idmançılarına qarşı sanksiyalar qüvvədə qalmalıdır

Rusiya idmançılarına qarşı sanksiyalara Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvlərindən heç biri tərəfindən etiraz edilməyib və ona görə də qüvvədə qalmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu komitənin rəhbəri Tomas Bax jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında “Ukraynadakı hadisələrlə bağlı məsləhətləşmələr” davam etdirilib. “Bizim müzakirəmiz beynəlxalq federasiyalar, idmançılar, milli olimpiya komitələri ilə bir sıra müzakirələrdən ibarətdir.

Bugünkü müzakirələr zamanı Rusiya və Belarusa qarşı sanksiyaların heç kim tərəfindən mübahisə mövzusu olmadığı üçün təəccüblü də olmayacaq. Bizim mövqeyimiz dəyişmir, Rusiya və Belarusa qarşı sanksiyalar qüvvədə qalmalıdır.

Tomas Bax deyib bunu.

O, Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Oyunlarda iştirakı məsələsinin dekabrın 9-da keçiriləcək Olimpiya sammitində müzakirə olunacağını bildirib.

“Biz idmanın tamamilə siyasiləşdirilməsinin qarşısını almaq üçün yollar axtarırıq”.

Qeyd edək ki, bunu da BOK rəhbəri bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə