YAP Qazax rayon təşkilatı Beynəlxalq Muzeylər Gününü qeyd etdi - FOTOLAR

Dünyada zəngin milli – mənəvi dəyərləri ilə tanınan xalqımız daim özünün mənəvi dəyərlərini qoruyub saxlayıb və ona ən qiymətli sərvəti kimi yanaşıb. SİA xəbər verir ki, mədəni irsin və milli – mənəvi dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Bu sahədə görülən işlər cəmiyyətin mənəvi kamilləşməsində, milli – mənəvi dəyərlərə zidd olan təsirlərin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Hər il 18 may dünyada – Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Məhz, Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən “Beynəlxalq Muzeylər Günü” münasibəti ilə bu ilin 18, 19, 20 may tarixlərində muzeylərdə və qoruqlarda “Açıq Qapı” günü elan olunub.

18 may – Beynəlxalq Muzeylər Günü münasibəti ilə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və fəallarıda Qazax Tarix – Diyarşünaslıq muzeyini ziyarət ediblər.

​YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bu məqsədlə çıxış edərək bildirib ki,Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə tarixi şəxsiyyətlərin memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılıb.

Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirildi, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edildi. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu biləvasitə, ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətlərini tənzimləyir. Bu sənədə əsasən Muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Qazax Tarix - Diyarşünaslıq Muzeyinin yeni binasının məhz, 19 oktyabr 2016-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə açıldığını xüsusi vurğuladı və bildirdi ki, bu muzey artıq şəhərimizə gələn qonaqların, rayon sakinlərinin tez – tez ziyarət etdikləri bir məkana çevrilib. Anar Nəbiyev onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının proqramında mədəni irsin və milli – mənəvi dəyərlərin qorunması ilə bağlı xalqımızın tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin hərtərəfli şəkildə, dərindən öyrənilməsi, milli – mənəvi dəyərlərin inkişafında varislik prinsipinin qorunması, gənc nəslin milli – mənəvi dəyərlər ruhunda tərbiyə olunması, dünyada gedən qloballaşma prosesinin milli – mənəvi dəyərlərə mənfi təsirinin qarşısının alınması kimi hədəflər müəyyənləşdirilmişdir. Hər birimiz milli – mənəvi dəyərlərimizə, mədəni irsimizə ən qiymətli sərvətimiz kimi yanaşmalı, bunların qədrini bilməliyik!

Qazax Tarix – Diyarşunaslıq Muzeyində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələrinə baxış keçirilmiş, həmçinin muzeydə olan "Qazax xalça məktəbi", "Etnoqrafiya və folklor", "Qazax XIX-XXI əsrin əvəllərində", "Səməd Vurğun", “Görkəmli şəxsiyyətlər", "1929-1990-cı illər", "Müasir dövr" və"Azərbaycan XXI əsrdə" bölmələri, Qazağın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanlarıhaqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə