Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLAR

Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub. SİA məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda "Enduro" növündə qüvvələrini sınayıblar.

U-15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənclər, U23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.

Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə