Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər - XİN başçısı
Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu da bütün region ölkələrinin iqtisadiyyatına müsbət töhfə verə bilər.
Nazir estoniyalı həmkarını həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa-quruculuq işləri barədə də məlumatlandırıb.
Eyni zamanda, tərəflər Suriya, Qəzza, ümumilikdə Yaxın Şərqlə bağlı da müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə