Dünya səyyahları Ağdamda tarixi məkanları ziyarət ediblər - YENİLƏNİB

Dünya səyyahlarının Qarabağa səfəri davam edir. SİA xəbər verir ki, səyyahlar Cümə məscidini ziyarət etdikdən sonra, Ağdam Çörək Muzeyinin dağıntıları ilə tanış olublar. Məlumat verilib ki, muzey binası erməni vandalları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci belə muzey hesab edilən müəssisədə nadir arxeoloji tapıntılar — daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar və əkinçilik alətləri (oraq, xış, taxıldöyən vərdənə və s.) toplanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə