"Qarabağ"ın rəqibi avrokuboklar tarixində antirekorda imza atıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Niderlandın PSV klubuna 2:6 hesabı ilə uduzan İtaliyanın “Napoli” komandası antirekorda imza atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Qarabağ"ın turnirdəki rəqibi avrokuboklar tarixində ilk dəfə qapısından 6 top buraxıb.

A Seriyası təmsilçisi sonuncu dəfə 1997-ci ildə İtaliya çempionatında “Sampdoriya”ya 3:6 hesabı ilə məğlub olduğu matçda bu halla üzləşib.

Qeyd edək ki, “Qarabağ" “Napoli” ilə noyabrın 26-da İtaliyada qarşılaşacaq. Antonio Kontenin baş məşqçisi olduğu kollektiv hazırda 3 xalla turnir cədvəlində 22-ci sırada yer alıb. Ağdam klubu isə 6 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə