Azərbaycan Estoniya ilə münasibətləri dostluğa, qarşılıqlı hörmətə əsaslanan təmaslar kimi görür - Ceyhun Bayramov
Azərbaycan Estoniya ilə münasibətləri dostluğa, qarşılıqlı hörmətə və etimada əsaslanan təmaslar kimi görür və bu istiqamətdə fəaliyyət göstərir. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahka ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
O bildirib ki, 2024-cü ildə ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. “Görüş zamanı 2026-cı ilin ilk yarısında növbəti məsləhətləşmənin Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub”, - deyə C.Bayramov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə