Azərbaycan Orta Asiyada iqtisadi və siyasi varlığını gücləndirir
Mətləb Salahov: “Rəsmi Bakı artıq Orta Asiya coğrafiyasında da fəal iqtisadi və siyasi aktora çevrilməyi hədəfləyib”
“Azərbaycan Prezidentinin son Qazaxıstan səfəri təkcə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi və yeni layihələrin hazırlanması baxımından deyil, həm də genişmiqyaslı iqtisadi və siyasi perspektiv baxımından önəmlidir. Bu səfər ilk növbədə tarixi, dini və mədəni bağlılıqları olan türkdilli ölkələrin inteqrasiyası baxımından əhəmiyyətlidir. Çünki hər iki ölkə Türk Dövlətləri Təşkilatında təmsil olunurlar, üstəlik məhz bu iki ölkə keçmiş sovet regionunda iqtisadi və siyasi çəkisinə görə fərqlənirlər. Qazaxıstan Orta Asiyada böyük ərazilərinə və iqtisadi pıotensialına görə lider ölkə qismindədir. Azərbaycan isə artıq nəinki Cənubi Qafqaz bölgəsində, ən önəmlisi beynəlxalq miqyasda mühüm tərəfdaş ölkə, iqtisadi potensialına görə hesablaşılan dövlət, ən əsası da günü bu gün Avropanın enerji təhlükəsizliyi üçün bir nömrəli ölkə statusundadır. Bunlar gerçək faktlardır, sadəcə xoşagəlimli ifadələr deyil.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə Prezident İlham Əliyevin Astanada gələcək tərəfdaşlıq və mühüm layihələr barədə səsləndirdiyi aktual fikirlər rəsmi Bakının artıq Orta Asiya coğrafiyasında da fəal iqtisadi və siyasi aktora çevriləmkdə olduğunu ortaya qoyir: “Diqqət edin, Azərbaycan Prezidenti mətbuat konfransı zamanı qeyd etdiyi kimi, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır.
Bu ilk növbədə rəsmi Bakının və Astananın geosiyasi proseslərin lokomotiv qüvvəyə çevrilmək niyyətini açıqca ortaya qoyur. Qazaxıstan rəhbərliyinin dünən elan etdiyi kimi, qardaş ölkə Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır, bundan başqa Bakı ilə ticarət dövriyyəsində yaxın illərdə 1 milyard dollara çatdırmaq niyyətindədir. Bu fikirlər o deməkdir ki, Azərbycan Orta Asiya ölkələrinin gələcək iqtisadi həyatında da önəmli pay sahibinə çevrilməyi hədəfləyib”.
Ayşən Vəli
Xəbər lenti
Tovuzda qardaş bacısını bıçaqlayıb
Hadisə 22:19Rusiya Odessadakı 2 yük gəmisini vurub
Dünya 22:02Robert De Niro özündən 36 yaş kiçik sevgilisi ilə gəzintiyə çıxıb...
Mədəniyyət 21:52Porsche rəhbəri Teslanın şou hərəkətlərinə gülüb...
Texnologiya 21:28Niyə bəzi insanlar hər kəs tərəfindən sevilir..?
Sosial 20:49Rusiya iqtisadiyyatı durğunlaşmağa başlayır...
İqtisadiyyat 20:05Respublikaçılar Trampı devirəcəklərmi?
Dünya 19:52Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb...
Dünya 19:26Qərb tarixi şans əldə etdi...
Dünya 18:51Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir…
İqtisadiyyat 18:26Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib
İqtisadiyyat 18:22Beynəlxalq axtarışda olan şəxs ekstradisiya olunub
Sosial 18:12Kreml öz tələsinə düşüb...
Dünya 18:04Tovuzda hamilə bıçaqlanıb, qardaşı saxlanılıb
Hadisə 17:51Aynur Elgünəş əməliyyat olunub
Hadisə 17:49COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub
İqtisadiyyat 16:39Azərbaycanda mikromobillik vasitələrinin sifarişi oktyabrda 33 % artıb
İqtisadiyyat 16:34Zaur Mikayılov Naxçıvanda vətəndaşları qəbul edib
İqtisadiyyat 16:32Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Siyasət 16:30Məryəm Qurbanlı Parisdə Azərbaycanı təmsil edib - FOTOLAR
Mədəniyyət 16:03AB 2027-ci ildə miqrasiya qaydalarına yenidən baxacaq
Siyasət 15:37Kuşner Ukraynanın "inanılmaz" potensialından danışdı
Siyasət 15:34Putin güzəşt edirmi?
Siyasət 15:28Vitkoffdan yeni sanksiyalar və bəyanat
Dünya 15:23Ermənistan KTMT-nin qərarına reaksiya verdi
Siyasət 15:19Havanın temperaturu 5-10 dərəcə enəcək
Hadisə 15:09DSX mayoru bu il 3-cü medalını qazandı
İdman 14:15Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
Sosial 12:55Nəqliyyatda bir gün: görünən və görünməyən əməyin vəhdəti - FOTOLAR
İqtisadiyyat 11:52Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
Sosial 11:36Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8805
-0,14%
-
GBP
2,2495
-0,20%
-
RUB
2,0511
-0,19%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



