Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

C.Bayramov estoniyalı həmkarını nazirliyin binasında qarşılayıb.

Təkbətək görüşdən sonra Azərbaycan və Estoniya xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub.

Müzakirələr zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi dialoqun genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə yönəlib.

Gündəlikdə həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya potensialından tam şəkildə istifadə olunması, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və əlaqəlilik sahələrində tərəfdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alıb.

Nazirlər eyni zamanda daha geniş regional vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişədən sonrakı normallaşma və sülh prosesini müzakirə ediblər, avqustun 8-də keçirilən Vaşinqton Sammitini və onun əlamətdar nəticələrini xüsusi vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə