2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək - Anar Əliyev

Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən "PeşəFest-2025" tədbirində bildirib.

O qeyd edib ki, bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və milli insan resurslarının beynəlxalq əmək bazarına inteqrasiyasının əsas hədəflərdəndir: “Bu məqsədlə səriştə əsaslı yanaşma tətbiq olunaraq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanıb və işəgötürənlərin istifadəsinə təqdim edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə