İlk dəfə xarici işlər naziri kimi Bakıya səfər edirəm. Biz vaxtaşırı olaraq bir çox məsələləri müzakirə edirik. Estoniya və Azərbaycan arasında münasibətlər getdikcə genişlənir. SİA xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahka bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
O bildirib ki, Estonoya və Azərbaycan bir çox dəyərləri, o cümlədən geosiyasi prinsipləri paylaşır. Azərbaycan regionda çox önəmli rol oynayır.
“Təhsil sahəsində əməkdaşlığımız çox yaxşı səviyyədədir. Bu, gələcək üçün önəmlidir və xalqlarımızı birləşdirir. Bizim praktiki olaraq çox yaxşı münasibətlərimiz və əməkdaşlığımız mövcuddur”,- deyə nazir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə