“Estoniya xarici işlər naziri ilə görüş zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından danışdıq. Xüsusilə də burada 8 avqustda baş tutan görüş və ABŞ-nın rolu qeyd olundu. Müsbət məqam ondan ibarətdir ki, 8 avqustdan sonra prosesin müsbət nəticələrini görürük”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, ABŞ ilə Ermənistan TRIPP layihəsinin şərtlərinin razılaşdırılması həyata keçirilir: "Müsbət elementlər ondan ibarətdir ki, ölkə başçısının da Qazaxıstanda mətbuat konfransında qeyd etdiyi kimi ilk dəfə olaraq Ermənistana aid yüklərin tranzit formada ərazilərimizdən daşınmasına icazə verildi. Artıq Ermənistan da faydaları görür və hiss edir. Təbii ki, bu hələ başlanğıcdır. Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər. Müsbət perspektivi nəzərə alaraq qısa müddət ərzində müsbət inkişafları görürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə