Ukraynada həyəcan təbili çalınır…

Ukrayna Milli İşəgötürənlər Federasiyası ölkənin enerji bazarındakı fəlakətlə bağlı açıqlama yayıb.

Təşkilatın yaydığı sənəddə deyilir ki, Ukraynanın enerji bazarlarında, bütövlükdə Ukraynanın sənayesini və iqtisadiyyatını qorumaq üçün yaranan fəlakətli vəziyyət, səlahiyyətlilərin təcili hərəkətlərini tələb edir.

Federasiyaya görə, hazırda Ukrayna müəssisələri üçün qazın dəyəri rəqiblərinin qiymətindən 4-5 dəfə yüksəkdir. Bu vəziyyət işçilərin ixtisar edilməsi, şirkətlərin bağlanması, əmək miqrasiyasının artması və dövlət büdcəsi gəlirlərinin azalması ilə Ukrayna iqtisadiyyatı üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun “Batkivşina” partiyası ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan etməyi tələb etmişdi.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə