DSX-nin Göytəpə təlim-tədris mərkəzi 25 illiyini qeyd edib FOTOLAR
İyul ayının 8-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən təlim-tədris mərkəzinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, dövlət himni oxunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılmışdır.
Tədbirdə müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsep-siyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv-vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə ali diqqəti və qayğısı sayəsində şəxsi heyətin xidməti-döyüş şəraitinin, hərbi hissələrin maddi-texniki təminatının və təchizatının ən müasir standartlar səviyyəsinə qaldırıl-dığı, sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunduğu bildirilmişdir. Bu uğurların qazanılmasında Dövlət Sərhəd Xidmətinin təlim-tədris mərkəzinin də xüsusi xidmətləri olduğu qeyd edilmişdir.
Dövlət sərhədlərimizin mühafizəsinin yüksək səviyyədə təmin olunması əhəmiyyətli dərəcədə şəxsi heyətin hazırlığından asılıdır. Fəaliyyət göstərdiyi müddət ərzində hərbi hissə sərhədçi əsgərlərin və müxtəlif ixtisaslar üzrə peşəkar heyətin hazırlan-masında yüksək nəticələr əldə etmişdir. Tədbirdə hərbi hissənin keçdiyi şərəfli inkişaf yolu haqqında ətraflı məlumat verilmiş, təlm-tədris mərkəzində gənc əsgərlərin əsl sərhədçi, ləyaqətli insan kimi formalaşdırılması, Vətənini və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməyə qadir hərbi qulluqçular kimi hazırlanması istiqamətində zəngin təcrübə əldə olunduğu qürur hissi ilə vurğulan-mışdır.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin formalaşmasında və inkişafında xidmətləri olmuş şəxslərə təltiflər təqdim olunmuşdur.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və incəsənət ustaları sərhədçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə