Sabunçu rayonunda “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilib TƏDBİR-FOTOLAR

Sabunçu rayonunda “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilib TƏDBİR-FOTOLAR

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının birgə təşəbbüsü ilə 1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr edilən tədbir keçirilib. SİA-nın məlumatına görə, "Şəhrizad" uşaq bağçasında qəyyumluqda olan 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin uşaqları ilə keçirilən bayram görüşündə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu RİH-nin başçısının müavini Arzu Məmmədova bildirib ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur: "Bu, heç də təsadüfi hal deyil. Çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlətin əsas prioritet vəzifələrindəndir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edən A.Məmmədova onu da bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Bütün bunlar bir daha uşaqlara göstərilən diqqət və qayğının yüksək göstəricisidir".

Daha sonra çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqlara öz təbriklərini, ən xoş arzularını çatdıraraq qeyd edib ki, müasir və güclü Azərbaycanın banisi Ulu Öndərimiz Heydər Əliyev həmişə uşaqlara böyük sevgi və qayğı ilə yanaşıb: Bu gün də Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi humanist işlərin tərkib hissəsində uşaqlara xüsusi yer verilir. Azərbaycan ailəsinin cəmiyyətimizin uşaqlara qarşı olan münasibətinin bütün bəşəriyyət üçün nümunə ola biləcəyinə səmimi qəlbdən inanırıq".

M.Abasquliyeva hazırda ölkəmizdə böyük humanizm layihələrini həvəslə və sevgi ilə yerinə yetirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işlərinin davam etdiyini də vurğulayıb: "Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir ki, bu da bizlərdə sabaha inamı daha da güclü edir".

Bayram tədbiri uşaqların böyük marağına səbəb olan bir-birindən maraqlı və şən personajların çıxışı ilə davam etdirildi. Tədbirdə uşaqların əyləncəsinə rəng qatmaq üçün şən klounlar da müxtəlif səhnəciklərlə çıxış ediblər.

Sonda uşaqlara hədiyyələr paylanılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə