Yollarda görünüş məsafəsi 1000 metrə qədər məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah respublikanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. SİA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 10-da gecə və səhər saatlarında bəzi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq..Gözlənilən hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşma ehtimalı var.

Belə ki, sabah avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə