"Təhlükə səviyyəsi olduqca aşağıdır" - ÜST bu virusla bağlı məlumat yaydı

"Hantavirusun əhali üçün təhlükə səviyyəsi olduqca aşağı olaraq qalır." Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Kristian Lindmeyer mətbuat üçün açıqlamasında deyib. ÜST-dən bildirilib ki, virusa yoluxaraq həyatını itirən qadınla birbaşa təmasda olmuş stüardessanın test nəticəsi mənfi çıxıb.

Kristian Lindmeyer qeyd edib ki, insanlar arasında yayıla bildiyi məlum olan yeganə hantavirus növü olan “Andes virusu”nun ötürülməsi üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur. “Bu, hər kəsi inandırmalıdır ki, bu virus təhlükəlidir, lakin əsasən yoluxmuş şəxslər üçün risk yaradır”, – deyə o vurğulayıb.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə