İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198, o cümlədən 152 insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən edilib.
SİA xəbər verir ki, bu, Milli Məclisinin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 8-də keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında yer alıb.
Qeyd edilib ki, insan alveri cinayətlərinin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. Həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb, 8 cinayət işi üzrə 10 şəxs təqsirləndirilən qismində cəlb olunub, 12 nəfər məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən 14 insan alverçisi azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB