Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlığı (WUF13) müzakirə ediblər. Bu barədə A. Rossbax "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycanlı nazir Rəşad Nəbiyevlə dayanıqlı şəhər mobilliyi, iqlimə davamlı infrastruktur və WUF13-ün Bakıdakı transformasiya potensialı məsələlərinə dair məzmunlu müzakirələr aparıldı. İnsanyönümlü şəhərlərin maraqları naminə tərəfdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik", - o yazıb. Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB