Apreldən bu yerlərdə elektron siqaret çəkənlər cərimə olunacaq

Aprel ayından etibarən daha bir qadağa qüvvəyə minəcək. SİA xəbər verir ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə