Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Nofəl Cahangir oğlu Əsgərov Gəncə Şəhidlər xiyabanında dəfn edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub. Vida mərasimində şəhidin ailə üzvləri, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycan Bayrağı şəhidin qızlarına verilib.
Qeyd edək ki, Nofəl Əsgərov 1965-ci il sentyabrın 10-da Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 1992-ci il iyunun 16-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb. Nəşinin qalıqları kənd Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB