Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

SİA xəbər verir ki, bu barədə "Azərişıq"dan məlumat verilib. Məlumata görə, fevralın 19-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Şüvəlan qəsəbəsi Heydər Əliyev prospekti, Gülçülük Sovxozu yaşayış massivi və Şüvəlan-Qala yolu yaxınlığında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə