Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Rövşən Cəfərbala oğlu Cəfərova məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar. Agentlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib.
Toyuq sexinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb.
Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB