"Sosial şəbəkə dedikdə, adından da göründüyü kimi, bu, sosial bir mühitdir. Şəbəkə anlayışı isə bir neçə nəfərin — məsələn, üç və ya daha çox insanın bir yerə toplaşaraq hər hansı bir mövzu ətrafında söhbət etməsi, görüş keçirməsi və ya birlikdə hər hansı bir işi görməsi deməkdir. Bu, artıq bir şəbəkələşmə formasıdır". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bəzən biz sosial şəbəkələrdə tanımadığımız insanlarla söhbət edirik: "Təbii ki, tanıdığımız insanlar haqqında müəyyən bilgilərə malik oluruq — onların ailəsini, yaxın çevrəsini tanıyırıq. Amma bəzən elə insanlar olur ki, biz onları ümumiyyətlə tanımırıq. Sadəcə, təsadüfən şəbəkəyə daxil olub salam verirlər, mesaj yazırlar və ya müxtəlif mövzularda dostluq təklifləri göndərirlər. Bu zaman şəbəkə genişlənir və yüzlərlə, minlərlə insanın iştirak etdiyi bir platformaya çevrilir.
Burada əsas məsələ ondan ibarətdir ki, biz tanımadığımız bir insanla söhbət etdikdə onun nə dərəcədə səmimi olduğunu necə müəyyən edə bilərik? Bunun üçün əsasən həyat təcrübəsi və geniş dünya görüşü vacibdir. Danışıq tərzindən, davranışından, istifadə etdiyi sözlərdən həmin şəxsin mənəviyyatını və baxışlarını anlamaq olur. Lakin sosial şəbəkələrdə ən çox təhlükə altında olanlar yeni yetmə gənclər və azyaşlılardır. Onlar bəzən tanımadıqları insanlara inana, onların dediklərini doğru hesab edə bilərlər. Bu isə manipulyasiya və aldanma riskini artırır. Qarşı tərəf onların təcrübəsizliyindən istifadə edərək, onları inandırmağa və yönləndirməyə çalışır. Bu, çox təhlükəli hallara gətirib çıxara bilər. Elə vəziyyətlər olur ki, gənclər baş verənləri valideynlərindən belə gizlətmək məcburiyyətində qalırlar — ya qorxudan, ya da cəzalanmaq ehtimalından.
Mən gənclərə tövsiyə edirəm ki, sosial şəbəkələrdən daha çox intellektlərini artıracaq, biliklərini genişləndirəcək, faydalı informasiyalar verəcək səhifə və platformalardan istifadə etsinlər. Tanımadıqları insanlarla şəxsi ünsiyyətə girməsinlər. Mesajlara cavab vermək məcburiyyətində deyillər. Əgər cavab verməzsənsə, qarşı tərəf özü marağını itirəcək və ünsiyyəti dayandıracaq.
Gənclər sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəflərini dərk edərək istifadə etməlidirlər. Sosial şəbəkələrdən düzgün istifadə etmədikdə, bu, bəzən onların həyatında ciddi təhlükələr yarada bilər. Ona görə də düşünülmüş və şüurlu istifadə vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB