Təbiətimizi qüdrətləndirən ekoloq... Ceyhun Hüseynov-65

Azərbaycanın zəngin təbiətinin qorunması, ekoloji təhlükəsizliyin təəmin olunması və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində müstəsna xidmətlər göstərmiş şəxslər arasında Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynovun xüsusi yeri var. Onun dövlət qulluğundakı çoxillik fəaliyyəti, ekologiya və ətraf mühitin qorunması sahəsində gördüyü işlər, bugün 65 illik yubileyi ərəfəsində dərin ehtiram və hörmətlə xatırlanır.

Ceyhun Hüseynov uzun illər ərzində Azərbaycanın regionlarında təbii sərvətlərin qorunması və ekoloji tarazlığın bərpası istiqamətində irimiqyaslı layihələrin müəllifi və icraçısı olmuş, hazirda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisidir. Onun təşəbbüsü ilə bölgələrdə meşələrin bərpası, çay yataqlarının təmizlənməsi, nadir bitki və heyvan növlərinin mühafizəsi və ekoloji maarifləndirmə tədbirləri uğurla həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə"Dövlət qullugunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Əmək kollektivinin rəyi ilə desək, Ceyhun müəllim sadəcə rəhbər deyil – o, həm də əsl təbiət aşiqi, vətənpərvər ziyalı, gözəl ailə başçısı və insanlara qayğı ilə yanaşan nümunəvi şəxsiyyətdir. Onun rəhbərliyi altında formalaşan kollektiv, ekoloji məsələlərə yüksək həssaslıqla yanaşan, peşəkar və fəal təbiətsevər kimi tanınır.

O, gənc mütəxəssislərə öz bilik və təcrübəsini səxavətlə ötürən, onların yetişməsinə yardımçı olan, idarəetmədə insanlıq və səmimiyyət prinsiplərini qoruyan örnək rəhbərdir. Dövlətə sədaqəti, vəzifəsinə məsuliyyəti və təbiətə bağlılığı bu gün onu əməkdaşlar arasında böyük nüfuz sahibi etmişdir.

Sadəlik, alicənablıq təbiətsevərlər üçün böyük sərvətdir.Məmur sadəliyi ilə xalqın qəlbinə yol tapır, səmimiyyətiylə ürəklərdə abidə qurur. Qoy bütün təbiətsevərlər Ceyhun Hüseynov kimi səmimi, dövlətimizə, xalqımıza , ekologiyamıza sədaqət simvolu olsunlar.

Cehun Hüseynovun 65 illik yubileyi bir insanın ömür salnaməsi olmaqla yanaşı, həm də Azərbaycanda ekoloji siyasətin inkişafına xidmət etmiş vicdanlı fəaliyyətin tərənnümüdür.

Cehun Hüseynov kimi təcrübəli, səriştəli ekoloqlar barmaqla sayılır.

Nazirliyin şərəf və ləyaqətini həmişə uca tutan, tapşırılan hər hansı ekoloji tapşırıqları vicdanla yerinə yetirən nadir mütəxxəsislərdəndir.

Təbii ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi onun təcrübəsindən maksimum istifadə etməlidir.Onda eklogiyamız da, təbiətimiz də qazanacaq!

Bu əlamətdar münasibətlə onu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dövlətə xidmətində yeni nailiyyətlər arzulayırıq!

Bəxtiyar Hüseynov,
Prezident mükafatçısı,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliynin üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə