"Ölkəmizdə hal-hazırda utilizasiya prosesinə strat verilib" - AADA SƏDRİ AÇIQLADI
"Bildiyiniz kimi ölkəyə yaşı 10 ildən yuxarı olan avtomobillərin girişi qadağan olunub. Buda əlbəttə ki, bizim avto-parkın yenilənməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib.
Onun sözlərinə görə, bizim avto-parkın ötən ilin son nəticələrinə görə, 80 faizdən yuxarış yaşı 10 ili keçmiş avtomibillər idi: "Amma bu son illər elektrik və hybrid avtomobillərinin ölkəyə gətirilməsi və gömrük rüsumlarının və əlavə dəyər vergisinin ləğvi məsələsi bizim avto-parklarımızın yenilənməsinə səbəb olub. Lakin hal-hazırda da, avto-parkımızda köhnə avtomobillər var. Lakin hamının bildiyi kimi ölkəmizdə hal-hazırda utilizasiya prosesinə strat verilib. Düzdür hal-hazırda utilizasiyaya gedən avtomobillər köhnə, ümumiyyətlə yararsız avtomobillərdir. Amma mərhələli şəkildə yəni qarşıdakı bir neçə il ərzində bu avtomobillərində mərhələli şəkildə utilizasiyaya gedəcəyini düşünmək olar. Artıq biz görürük yaşı 10-15 dən yuxarı olan avtomobillərin satışı artıq dayanıb. Lakin bu avtomobillərində satışına ikinci əl bazarına nəzər yetirdikdə görürük ki, bu günkü avtomobillərin satışları demək olar ki, minimuma enib. Bir daha qeyd etmək istəyirəm ki, insanlar görürlər ki, ölkəyə yeni avtomobillər gəlir, xüsusi güzəştlər var və insanlar bu güzəştlərdən faydalanaraq xüsusi avtomobillərin gətirilməsinə və alınmasına təşviq olunurlar. Sözsüz ki, bizim yerli avtomobil istehsalımızda var. Yerli istehsaldanda insanlar faydalana bilir və bu gün ölkəmizdə xüsusəndə Çin avtomobilləri böyük vüsətnən yayılmağa başlayıb. Bu avtomobillərində qiymətləri əl çatan qiymətlər olduğu üçün insanlar artıq yeni avtomobillər almağa üstünlük verirlər. Düzdür yeni avtomobil alarkəndə bəzən parakəndə şəkildə ölkəyə gətirilmiş avtomobilləri alırlar və bununda mənfi-müsbət tərəfləri var. Əlbəttə ki, müsbət tərəfi qiymətidir, amma mənfi tərəfləri həmin avtomobillərin zəmanətsiz olmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə